QR CodeQR Code

Papa Türkiyəyə gəlir

22 Oct 2014 03:58

IslamTimes - Fransisk Atatürkün mavzoleyini ziyarət edəcək, Göy Məsciddə olacaq.


Roma papası Fransisk noyabrın 28-30-u Türkiyədə səfərdə olacaq.
ANS PRESS-in məlumatına görə, bu haqda Vatikan xəbər yayıb.
Roma Papası səfər zamanı Atatürkün mavzoleyini ziyarət edəcək və Göy Məsciddə olacaq.
Roma papası Fransisk Türkiyə prezidenti və baş naziri ilə də görüşəcək.
Türkiyə Fransiskin keçən ilin martından Roma papası olandan bəri onun getdiyi 6–cı ölkə olacaq.
Qeyd edək ki, Papa indiyə kimi Braziliya, işğalçı İsrail rejimi, Cənubi Koreya, Albaniyada olub. Türkiyədən əvvəl isə noyabrın 25-də Fransaya, Strasburqa gedəcək. 


Story Code: 415851

News Link :
https://www.islamtimes.org/az/news/415851/papa-türkiyəyə-gəlir

Islam Times
  https://www.islamtimes.org