QR CodeQR Code

Prezident Administrasiyası qarşısında aksiya...

Musavat , 22 Oct 2014 13:53

Islamtimes - Hazırda Prezident Aparatının qabağında aksiya keçirilir. "Hayan" MMC tikinti şirkətindən narazı olan Azərbaycan vətəndaşları dövlətdən yardım istəyirlər.


Narazı vətəndaşların şikayəti ondan ibarətdir ki, 9 ildir pul verib, ev aldıqları bina tikilmir. Üstəlik gələcəkdə tikiləcək bunada hər mənzil bir neçə nəfərə satılıb.

Musavat.com-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, adıçəkilən şirkətin rəhbərinin ölkədən qaçdığı bildirilir.

Aksiyaçıların bir neçə nümayəndəsi Prezident Aparatında dövlətin səlahiyyətli şəxsləri ilə görüşə gediblər. Aksiya hazırda davam edir.

Onu da qeyd edək ki, bu haqda musavat.com-da dəfələrlə materiallar dərc olunub.


Story Code: 415931

News Link :
https://www.islamtimes.org/az/news/415931/prezident-administrasiyası-qarşısında-aksiya

Islam Times
  https://www.islamtimes.org