QR CodeQR Code

Təyyarənin qarşısına eyni anda iki qartəmizləyən maşın çıxıb – Şok iddia

24 Oct 2014 16:34

IslamTimes - “Total” neft şirkətinin prezidenti Kristof de Marjerinin həlak olması ilə nəticələn təyyarə qəzasında daha bir detal üzə çıxıb.


Prezidentin olduğu “Falkon” təyyarəsinin yoluna eyni vaxtda iki qartəmizləyən maşın çıxıb.
Bu barədə hadisəni araşdıran istintaq komissiyasındakı mənbə bildirib.
Qartəmizləyən maşınlardan biri “Falcon”un qarşısından keçib, ikincisi isə təyyarə ilə toqquşub.
Xatırladaq ki, Moskvanın “Vnukovo” aeroportundan 21 oktyabrda Parisə uçmağa hazırlaşan “Falkon” tipli təyyarə uçuş zolağında qartəmizləyən maşınla toqquşub. Nəticədə Kristof de Marjeri ilə yanaşı, təyyarənin  3 ekipaj üzvü həlak olub. /Publika-InterFax/


Story Code: 416224

News Link :
https://www.islamtimes.org/az/news/416224/təyyarənin-qarşısına-eyni-anda-iki-qartəmizləyən-maşın-çıxıb-şok-iddia

Islam Times
  https://www.islamtimes.org