QR CodeQR Code

Səudiyyə Ərəbistanında husilərdən danışmaq qadağan olundu

24 Oct 2014 16:49

IslamTimes - Vəhhabi müfti: Bizə göstəriş veriblər ki, husilərin irəliləyişi barədə danışmayaq.


Nur-az.com-un ShiaOnline-a istinadlı məlumatına əsasən, Səudiyyə Ərəbistanından olan və İxvan əl-Muslimin hərəkatına meyilli olduğu bilinən məşhur vəhhabi müfti Aiz Qərəni son illərdə Ali-Səud hökumətinin bəzi addımlarını tənqid etmişdir. O, son çıxışında bildirmişdir: Son günlər ərzində Səudiyyənin təhlükəsizlik orqanı mənə və bir neçə din təbliğatçısı olan şəxsə heç bir vəchlə husilərin Yəmənin müxtəlif məntəqələrində irəliləməsi barədə heç bir söz deməməyimizi və mediaya bu barədə fikir bildirməməyimizi tapşırıb.
Onlar bizə tapşırıblar ki, nə mənfi, nə müsbət, nə xəbərdarlıq, bu barədə heç bir şey deməyək. Həqiqətdə onlar Yəmən hadisələri barədə tam sükut istəyirlər. Biz bu məsələnin dəqiq səbəbini bilmirik.
Qeyd etmək lazımdır ki, Husi hərəkatı son iki ayda Yəmənin müxtəlif məntəqələrini nəzarətə götürmüşdür. Bir neçə gün öncə də, Ərəbistanla sərhəddə yerləşən Yəmənin şimal-qərbində olan Ləhəc əyalətindəki məntəqəyə nəzarəti ələ keçirib.
Bu məntəqə Səudiyyə Ərəbistanı üçün olduqca həssas məntəqə sayılır. Çünki bura, Husi hərəkatı üçün qüdrətli qərərgaha çevrilə bilər. Onlar buradan Ali-Səud rejimini daima təhdid edə bilərlər.


Story Code: 416228

News Link :
https://www.islamtimes.org/az/news/416228/səudiyyə-ərəbistanında-husilərdən-danışmaq-qadağan-olundu

Islam Times
  https://www.islamtimes.org