QR CodeQR Code

Suriya ordusu Hama əyalətində yeni müvəffəqiyyət əldə edib

24 Oct 2014 17:23

IslamTimes - Suriya ordusu ölkənin Hama əyalətinin şimalında yerləşən strateji əhəmiyyətli Murik rayonunu doqquz ay sonra silahlılardan yenidən geri alıb.


"Al Mayadin"nin verdiyi xəbərə görə, ordu qüvvələrinin intensiv hücumlarından sonra "ən-Nusra Cəbhəsi", "İslam Cəbhəsi", "Filaq Şam" və "Həzm" terror qruplaşmaları rayonu tərk etmək məcburiyyətində qalıb.
 
Rayona nəzarəti ələ alan ordu buradan ət-Taminə və Kafar-Zita rayonlarına hücuma başlayıb.
 
Bildirək ki, bir çox hərbi sursat anbarları və hərbi qərargahların yerləşdiyi Murik tərəflər üçün böyük əhəmiyyət kəsb edir.
 
Məlumata əsasən, qarşıdurmalar ölkənin Dirazzur, Dəra, Homs, Hələb, İdlib və Dəməşqətrafı əyalətlərində də baş verib.
 
Hazırda Suriyada ən şiddətli qarşıdurmalar paytaxt Dəməşqin Cobar, Homsun əl-Vaar, Hələbin Kobani və Dirazzur şəhərlərində davam edir. /SalamNews/


Story Code: 416229

News Link :
https://www.islamtimes.org/az/news/416229/suriya-ordusu-hama-əyalətində-yeni-müvəffəqiyyət-əldə-edib

Islam Times
  https://www.islamtimes.org