QR CodeQR Code

Kreml: Terrora qarşı ikili standart siyasəti yürüdərək mübarizə aparmaq olmaz

24 Oct 2014 18:27

IslamTimes - “Kanadada baş verən son qanlı hadisə sübut etdi ki, terrorla mübarizədə ikili standart siyasəti yürüdərək, terrora qarşı mübarizə aparmaq olmaz”.


APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, bunu Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey İvanov bildirib.  
"Çeçenistanda müharibə olarkən biz açıq şəkildə bəyan etdik ki, terrorizm və ekstremizm yalnız Rusiyanın problemi deyil. O zamandan bəri artıq on il keçib, bu gün vəziyyət nə yerdədir? Məncə, dünən Ottavada baş verənlər buna sübutdur.  Terrorizmlə mübarizə o zaman müsbət nəticə verər ki, buna qarşı mübarizə səyləri birləşdirilsin və ikili standartlar aradan qaldırılsın” - deyə İvanov qeyd edib.


Story Code: 416231

News Link :
https://www.islamtimes.org/az/news/416231/kreml-terrora-qarşı-ikili-standart-siyasəti-yürüdərək-mübarizə-aparmaq-olmaz

Islam Times
  https://www.islamtimes.org