QR CodeQR Code

Fələstinli gənc qətlə yetirildi

25 Oct 2014 07:08

IslamTimes - İşğalçı İsrail rejimi əsgəri qarşıdurma zamanı fələstinli bir gənci öldürüb.


Dünya  Qərbi Şəriyədə İsrail hərbçiləri fələstinli bir gənci öldürüb.
ANS PRESS-in məlumatına görə, Qərbi Şəriyədə İsrail əsgərlərinin açdığı atəş fələstinli bir gəncin həyatına son qoyub. 
Ramallah xəstəxanası müdiri Səmir Saliba “Anadolu” agentliyinə verdiyi açıqlamada, 24 yaşlı fələstinli gənc Urvə Hamadın başından aldığı güllə yarası nəticəsndə öldüyü bildirilir. 
Ramallahın şərqindəki Silvad bölgəsində basqın həyata keçirən İsrail əsgərləri fələstinli gənclərin etirazı ilə üzləşib. 
Qarşıdurma zamanı israillilər həqiqi mərmi və gözyaşardıcı qazdan istifadə ediblər. Hamadın da elə bu zaman başından gellə yarası aldığı qeyd edilir.
İsrail tərəfi hələ ki, baş verən hadisə ilə bağlı hər hansısa bir açıqlama verməyib.


Story Code: 416334

News Link :
https://www.islamtimes.org/az/news/416334/fələstinli-gənc-qətlə-yetirildi

Islam Times
  https://www.islamtimes.org