QR CodeQR Code

Koalisiya qüvvələri “İŞİD”-in Suriya və İraqdakı mövqelərinə növbəti zərbələr endirib

25 Oct 2014 07:34

IslamTimes - ABŞ-ın və antiterror koalisiya ölkələrinin hərbi-hava qüvvələri ötən gün “İŞİD” terror qruplaçmasının Suriya və İraqdakı mövqelərinə növbəti zərbələr endirib.


APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, Suriya ərazisindəki Kobani şəhəri yaxınlığına  endirilən 6 zərbəni bu dəfə yalnız ABŞ təyyarələri endirib.  Əməliyyat nəticəsində terrorçuların texnikası və canlı qüvvəsi məhv edilib.
İraqda isə ABŞ və onun müttəfiqlərinin hədəfi “İŞİD”-in Mosul bəndi yaxınlığındakı nəqliyyat vasitələri və minaatan heyəti olub. Daha 3 zərbə “İŞİD”-in Bayci şəhərində neftayırma zavodunun  yaxınlığındakı mövqelərinə endirilib. Əl Faluca və Zumar yaxınlığında “İŞİD”-in nəqliyyat vasitələri və nəzarətində olan binalar məhv edilib.


Story Code: 416335

News Link :
https://www.islamtimes.org/az/news/416335/koalisiya-qüvvələri-işid-in-suriya-və-iraqdakı-mövqelərinə-növbəti-zərbələr-endirib

Islam Times
  https://www.islamtimes.org