QR CodeQR Code

"ABŞ İŞİD-ə yardımlarını davam etdiri"

Nur.az , 27 Oct 2014 18:23

İslamtimes - İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Cəzayiri ABŞ-ın terror təşkilatı “İraq Şam İslam Dövləti”nə (İŞİD) silah, ərzaq və tibbi ləvazimat dəstəyi verdiyini iddia edib.


Cəzayiri deyib ki, ABŞ İŞİD-ə yardımlarını davam etdirir. Vaşinqton rəhbərliyinin İŞİD-ə qarşı mübarizəsinin “saxta” olduğunu iddia edən Cəzayiri bildirib: “ABŞ və beynəlxalq koalisiya terrorçu İŞİD-lə mübarizə apardığını deyir, ancaq ABŞ özü təşkilata silah, ərzaq və tibbi ləvazimat köməkliyi də edir”.
Cəzayiri ABŞ-ın İŞİD-ə qarşı döyüşən qruplara havadan etdiyi yardımların bir qisminin İŞİD yaraqlılarının əlinə keçdiyi iddialarına işarə edərək, “ABŞ-ın hava məkanını nəzarət etdiyini və region haqqında da lazımi məlumata malik olduğunu və yardımların İŞİD-in əlinə keçməsinin səhv deyil, qəsdən olduğunu” irəli sürüb. Onun iddiasına görə, ABŞ təyyarələri İŞİD-ə qarşı mübarizə aparan qruplara havadan silah, sursat və dərman yardımı atıb, lakin yardımların bir qismi İŞİD-in əlinə keçib.


Story Code: 416769

News Link :
https://www.islamtimes.org/az/news/416769/abş-işid-ə-yardımlarını-davam-etdiri

Islam Times
  https://www.islamtimes.org