QR CodeQR Code

Yaraqlılar Suriyanın şimal-şərqində əsas şəhərlərindən birini almaq istəyiblər

28 Oct 2014 09:27

IslamTimes - Yaraqlılar Suriyanın şimal-şərqində əsas şəhərlərindən birini almaq istəyiblər.


"Əl-Qaidəyə" aidiyyətı olan yaraqlılar çərşənbə axşamına keçən gecə ölkənin şimal-şərqində İdlib şəhərində Suriya ordusu ilə döyüşə başladılar. Trend İnterfaks agentliyinə istinadən bu barədə CNN telekanalı xəbər verir.
Toqquşma nəticəsində 39 nəfər, o cümlədən 4 dinc sakin ölüb.
Suriya ordusu əvvəllər "Cebhat ən-Nusra" tərəfindən işğal edilmiş iki əsas inzibati binanı, qubernatorun iqamətgahını və polis idarəsini geri alıblar.
Hazırda İdlib ətrafında Suriya ordusu bölmələrinin yaraqlıların dəstələri ilə döyüşləri davam edir.
Yaraqlıların fəaliyyətini internetdə izlənən Flashpoint Partners təşkilatın məlumatına görə, yaraqlılar Almastuma şəhərini ələ keçiriblər. Həmçinin "Cebhat ən-Nusra" Suriya əsgərlərinin 12 nəfərinin əsir götürdüyünü iddia edib.


Story Code: 416843

News Link :
https://www.islamtimes.org/az/news/416843/yaraqlılar-suriyanın-şimal-şərqində-əsas-şəhərlərindən-birini-almaq-istəyiblər

Islam Times
  https://www.islamtimes.org