QR CodeQR Code

İŞİD əsiri olan jurnalist Kobanidən xəbər verdi

29 Oct 2014 10:28

IslamTimes - 2012-ci ilin noyabrından İŞİD terrorçularının əsirliyində olan ingilis jurnalist Con Kentil “Kobani xəbərləri”ni təqdim edib.


Axar.az xəbər verir ki, terrorçuların göstərişi ilə jurnalist Kobani haqda son xəbərləri təqdim edib.
İŞİD-ə məxsus olduğu bilinən pilotsuz təyyarə vasitəsi ilə Kobaninin ən son görüntüləri təqdim olunan xəbər ən son texnologiya ilə peşəkarcasına hazırlanıb.
Jurnalist verdiyi məlumatda İŞİD-in Kobanini tam nəzarətə aldığını bildirib: “ABŞ-ın yarım milyard dollarlıq hücumları heç bir nəticə verməyib. Kobani İslam Dövlətinin nəzarətindədir. Qərb mediası buradakı həqiqətləri əks etdirmir. Hal-hazırda PKK-nın nəzarətində olduğu deyilən ərazidəyəm. Amma bir nəfər də olsun qərbli jurnalsit gözümə dəymir”.
Qeyd edək ki, mütəxəssislər jurnalistin bu çıxışını terrorçuların təzyiqi altında verdiyini bildirir.


Story Code: 417031

News Link :
https://www.islamtimes.org/az/news/417031/işid-əsiri-olan-jurnalist-kobanidən-xəbər-verdi

Islam Times
  https://www.islamtimes.org