QR CodeQR Code

ABŞ İŞİD-ə görə yarım milyard dollar ziyana düşdü

29 Oct 2014 11:40

IslamTimes - İŞİD-ə qarşı hava hücumları üçün ABŞ gündəlik 7-10 milyon dollar xərcəyir


Pentaqon özünü İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatı kimi təqdim edən terror təşkilatına qarşı həyata keçirilən hava hücumlarına xərclənən pulun miqdarını açıqlayıb. ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi İŞİD-ə qarşı hava hücumlarının ABŞ-a 580 milyon dollara başa gəldiyini söyləyib.  Müdafiə Nazirliyi sözçüsü bildirib ki, İŞİD-ə qarşı hava hücumları üçün ABŞ gündəlik 7-10 milyon dollar xərcəyir. Kirbi yarım milyardlıq xərcin 8 avqust tarixindən bu yana xərcləndiyini bildirib.  Müdafiə Nazirliyi sözçüsü peşmərgələrin Türkiyədən keçərək İŞİD-ə qarşı döyüşəcəyi ilə bağlı jurnalistin ünvanladığı sulları isə cavablandırmaqdan imtina edib. /ans/


Story Code: 417036

News Link :
https://www.islamtimes.org/az/news/417036/abş-işid-ə-görə-yarım-milyard-dollar-ziyana-düşdü

Islam Times
  https://www.islamtimes.org