Axar.az xəbər verir ki, təcavüzkarlar arxadan yaxınlaşıb və zabitin başına atəş açıb. Xəstəxanaya aparılan zabit bütün müdaxilələrə baxmayaraq ölüb.
Vəzifədə olduğu bildirilən zabitin hələ adı açıqlanmayıb. Arxadan yaxınlaşaraq zabiti başından vuran təcavüzkarların üzü maskalı olub.
Polis təcavüzkarları ələ keçirmək üçün geniş əməliyyat başladıb. Bölgəyə çoxlu sayda xüsusi qüvvə cəlb edilib.