QR CodeQR Code

ABŞ təyyarəsi qəzaya uğrayıb

30 Oct 2014 12:43

IslamTimes - Amerika Birləşmiş Ştatlarının (ABŞ) Kaliforniya ştatında təyyarə qəzası baş verib.


ABŞ-ın Kaliforniya ştatının Ventura dairəsində hərbi təyyarələrdən biri qəzaya uğrayıb.  Hadisə yerli vaxtla saat 17:13-də (Bakı vaxtı ilə 04:13) qeydə alınıb. Bu barədə əraziyə cəlb edilən yanğınsöndürmə departamentinin nümayəndələri KİV-ə xəbər verib.  İlkin məlumatlara görə, insident zamanı pilotun dünyasını dəyişdiyi bildirilir. Bundan başqa, Ventura dairəsi hərbi-dəniz bazası nümayəndələri təyyarənin kiçik məsafələrə uçuş üçün nəzərdə tutulan “Atac” tipli hərbi təyyarə olduğu qeyd edilir.  Qəza barədə ətraflı məlumat verilməsə də, pilotun təyyarəni endirməyə cəhd edərkən yerə çırpıldığı deyilir.  /deyerler/


Story Code: 417245

News Link :
https://www.islamtimes.org/az/news/417245/abş-təyyarəsi-qəzaya-uğrayıb

Islam Times
  https://www.islamtimes.org