QR CodeQR Code

NATO qırıcıları havaya qaldırdı

30 Oct 2014 12:52

IslamTimes - Latviya Müdafiə Nazirliyi Rusiya hərbi təyyarələrinin daim Latviya sərhədlərində uçuşlar həyata keçirdiyini bəyan edib.


Müdafiə Nazirliyi "tvitter" hesabında bir gün ərzində ikinci belə hadisə olduğunu qeyd edib.  Latviyada yerləşən NATO qırıcıları Rusiyanın Hərbi Hava Qüvvələrlərinin təyyarələrini ələ keçirmək üçün havaya qalxıb.  Müdafiə Nazirliyi bildirir ki, Baltik dənizinin üstündə iki dəfə Rusiyanın 2 Su-24 və 2 Miq-31 və 1 Su-27 yəyyarələri uçuşlar həyata keçirib. Latviya hərbçiləri iddia edirlər ki, Latviya və başqa baltikyanı dövlətlərin səmasında belə fövqəladə hadisələr tez-tez olur.  Sentyabrın 5-də Uelsdə keçirilən NATO sammitində Estoniya, Latviya, Litva, Böyük Britaniya, Danimarka, Norveç və Hollandiya vahid hərbi güclərinin yaradılması haqqında razılıq əldə etmişdilər.  /deyerler/


Story Code: 417247

News Link :
https://www.islamtimes.org/az/news/417247/nato-qırıcıları-havaya-qaldırdı

Islam Times
  https://www.islamtimes.org