QR CodeQR Code

Türkiyədə "Charlie Hebdo" jurnalına görə terror təhlükəsi

Salamnews , 14 Jan 2015 15:06

Islamtimes - Türkiyədə Peyğəmbərin (s) karikaturasını dərc etmək istəyən qəzetin ofisinə hücum ehtimalı var


Türkiyə müxalifətinin mətbu orqanı olan "Cumhuriyet" qəzetinin növbəti sayında Məhəmməd peyğəmbərin (s) karikaturasının dərc olunduğu Fransanın "Charlie Hebdo" jurnalından nümunələr veriləcəyi ilə bağlı yayılan xəbərlər yerli polisi hərəkətə gətirib.

Hazırda yerli təhlükəsizlik qüvvələri Qəzetin ofisini baş verə biləcək mümkün təhlükələrə qarşı qorumaq üçün mühafizə edir. Ofisə gedən yolda barrikadalar qurulub. Polis əraziyə tam nəzarət edir.

Qeyd edək ki, "Cumhuriyet" qəzetinin baş redaktoru Utku Çakırözer Fransada baş verən məlum hadisələrdən sonra verdiyi açıqlamada terror aktını ən şiddətli şəkildə qınadığını və baş verənlərlə bağlı "Charlie Hebdo"nun xüsusi nömrəsindən dörd səhifəlik məlumatı Qəzetdə dərc edəcəklərini bildirib.


Story Code: 432449

News Link :
https://www.islamtimes.org/az/news/432449/türkiyədə-charlie-hebdo-jurnalına-görə-terror-təhlükəsi

Islam Times
  https://www.islamtimes.org