QR CodeQR Code

Tiflisdə bir gündə iki partlayış olub

29 Nov 2010 07:22

IslamTimes - Gürcüstanın paytaxtı Tiflisdə ötən gecə iki partlayış baş verib. Partlayışlardan biri müxalif Leyboristlər Partiyasının ofisi yaxınlığında qeydə alınıb.


Hadisə nəticəsində yoldan keçən bir qadın həlak olub. Ofisin mühafizəçisi də daxil olmaqla, 5 nəfər isə xəsarət alib. Digər partlayış şəhərin Muxiani mikrorayonunda, mağazalardan birinin yaxınlığında törədilib. Burada xəsarət alan olmayıb, lakin partlayışın gücündən yaxınlıqdakı binalarin pəncərələri qırılıb. Gürcüstan müxalifəti partlayışların ölkənin xüsusi xidmət orqanları tərəfindən təşkil olunduğunu iddia edir. Leyboristlər partiyasının liderlərindən biri İosif Şatberaşvili isə daha irəli gedərək baş verənləri “siyasi məqsədli terror aktı” adlandırıb. Faktlarla bağlı Gürcüstan Daxili İşlər Nazirliyi istintaqa başlayıb. Nazirlik partlayışlarla bağlı hər hansi bir şərh vermək üçün hələ erkən olduğunu bəyan edib. /ans/


Story Code: 45413

News Link :
https://www.islamtimes.org/az/news/45413/tiflisdə-bir-gündə-iki-partlayış-olub

Islam Times
  https://www.islamtimes.org