QR CodeQR Code

İŞİD Əfqanıstanda 20 şiəni girov götürdü

Islamazeri , 22 Nov 2015 16:13

İslamtimes - İŞİD terrorçuları Qəndəhar şəhərində 20 xəzərlini girov götürüb


İslamazeri.az "Presstv"-ə istinadən xəbər verir ki, bu gün baş veribƏfqanıstanın paytaxtı Kabuldan cənubda yerləşən Qəndəhar şəhərində İŞİD terrorçuları tərəfindən 20 xəzərli girov götürülərək naməlum istiqamətə aparılıb. Əfqan rəsmilərinin bildirdiyinə görə, şiələr silah gücünə aparılıblar.

Baş verən hadisə Xəzər etnik qrupu arasında şok dalğası yaradıb, çünki ayın əvvəlində qaçırılan Xəzər ailəsindən 4 kişi, 2 qadın və 1 uşağın başsız bədənləri Əfqanıstanın Zabul əyalətinin cənub-şərq hissəsində tapılmışdı.


Story Code: 499483

News Link :
https://www.islamtimes.org/az/news/499483/işid-əfqanıstanda-20-şiəni-girov-götürdü

Islam Times
  https://www.islamtimes.org