0
Thursday 10 March 2011 - 19:27

Ermənilərin növbəti vəhşiliyi

Story Code : 58769
Ermənilərin növbəti vəhşiliyi
Ermənilərin növbəti vəhşiliyi
Islam times.org/az/ - Xəbər verdiyimizi kimi martın 7 də Erməni silahlı qüvvələri Ağdam rayon Orta Qərvənd kənd sakini Fariz Arzu oğlu Bədəlovu snayper silahından açdıqları atəş nəticəsində qətlə yetiriblər.

Ermənistan Müdafiə nazirliyinin mətbuat katibi David Karapetyan, Azərbaycan Müdafiə nazirliyinin, Erməni silahlı qüvvələrinin atəşi nəticəsi Martın 7-də bir uşağı qətlə yetirməsi ilə bağlı xəbərə açıqlama verərkən “ Azərbaycan Müdafiə nazirliyinin bəyanatı, 5 Martda Soçidə dövlər başçılarının görüşü ərəfəsində Azərbaycanlı snayperçi tərəfindən Erməni əsgərinin öldürülməsindən sonra aşkar şəkildə təhlükəyə düşən öz ölkəsinin drumunu qurtarmaq məqsədi ilə belə bir xəbər uydurmuşdur″ dedi.

Göründüyü kimi Erməni tərəfi yenə ən alçaq addım atmaqdan belə çəkinmir. 9 yaşlı Ağdam rayon sakininin erməni əskərləri tərəfindən atılan atəş nəticəsində həlak olması bir çox sakinin gözü qarşısında baş vermişdir. Mərhumun cənasəsinin lent yazıları telekanallar vasitəsi ilə ictimaiyyətə təqdim olunmuşdu. Bunu dezinformasiya kimi qələmə vermək isə heç cür həqiqətə uyğun olmaz.
Lakin erməni işğalçıları öz növbəti qaniçənliyini bir daha sübut edir, onlar hətta uşaqlara da atəş açmaqdan çəkinmirlər.
Reporter :
Source : IslamTimes
Comment