0
Monday 2 January 2017 - 18:15

Türkiyədə yeni terror aktları törədilə bilər - XƏBƏRDARLIQ

Story Code : 596528
Türkiyədə yeni terror aktları törədilə bilər - XƏBƏRDARLIQ
Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki, Britaniya XİN turistlər üçün tövsiyədə bildirib: “Türkiyənin aviasiya sahəsi obyektlərində yüksək terror təhlükəsi mövcuddur”.

İdarədən bildirildiyinə görə, Türkiyə hüquq-mühafizə orqanlarının terror aktlarının qarşısının alınması istiqamətində həyata keçirdikləri uğurlu əməliyyatlara baxmayaraq, “növbəti pərakəndə hücumlar mümkündür”.

Mənbə qeyd edib ki, hücumlar Qərb ölkələrinin maraqlarına və turistlərə yönəldilə bilər. Terror təhlükəsinin xüsusilə iri şəhərlərdə çox olduğu əlavə edilir.
Source : Virtual.az
Comment