Musavat.com xəbər verir ki, bu barədə bütün Türkiyə mediası canlı yayında məlumat veriblər. Məlumatda vurğulanır ki, raketatandan atəş açılsa da, binadan yan keçib.
Türkiyə KİV-ləri xəbəri yayarkən onu da vurğulayıblar ki, “Reina” qətliamının törədicisi terrorist Abdulkadir Maşaripov hazırda Vatan caddəsində yerləşən həmin polis idarəsində sorğulanır.