QR CodeQR Code

Tramp gələn kimi Ağ Evin saytından homoseksuallarla bağlı bölmə yığışdırıldı

21 Jan 2017 12:30

IslamTimes - ABŞ-ın yeni prezidenti Donald Tramp vəzifəsinin icrasına başlayandan sonra Ağ Evin rəsmi saytında gey və lesbiyanların təşkilatı LGBT və iqlim dəyişikliyi ilə bağlı bölmələr yığışdırılıb.


LGBT-yə həsr edilmiş səhifə daha əvvəl cinsi azlıqların hüquqlarının müdafiəsinə təşəbbüslərlə bağlı nəzərdə tutulurdu.

Virtualaz.org-un məlumatına görə, artıq saytda, ümumiyyətlə, LGBT abbreviaturası xatırlanmır.
 
İqlim dəyişikliyi haqqında informasiyanın yerinə isə ölkənin energetika sektorunun yaxşılaşması ilə bağlı Donald Trampın planı təqdim edilib. Dərc edilmiş materiallara əsasən, yeni prezident Barak Obamanın təşəbbüslərinin reallaşdırması məqsədi ilə daxil edilmiş nizama salmanı ləğv etməyə hazırlaşır.
 
Daha əvvəl Tramp dövlət tibbi sığorta sistemi “Obamacare”nin qismən ləğvi haqqında fərman imzalayıb.


Story Code: 602168

News Link :
https://www.islamtimes.org/az/news/602168/tramp-gələn-kimi-ağ-evin-saytından-homoseksuallarla-bağlı-bölmə-yığışdırıldı

Islam Times
  https://www.islamtimes.org