0
Wednesday 8 March 2017 - 17:52

İŞİD Əfqanıstanda xəstəxanaya hücum etdi: 80-dən çox ölü və yaralı

Story Code : 616233
İŞİD Əfqanıstanda xəstəxanaya hücum etdi: 80-dən çox ölü və yaralı
İslamazeri.az-ın “Associated Press”-ə istinadən verdiyi xəbərə əsasən, terrorçuların Əfqanıstanın paytaxtı Kabul şəhərində yerləşən hərbi hospitala hücumu nəticəsində 30-dan çox insan həlak olub, 50-dən çox insan isə yaralanıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Sərdar Muhəmməd Davud Xan hərbi hospitalının yaxınlığında ilk öncə parlayış baş verib, daha sonra isə atışma başlayıb. Müdafiə Nazirliyinin qeyd edir ki, hücumda 4 terrorçu iştirak edib: 1-i xəstəxananın əsas girişində özünü partladıb, digərləri isə binaya daxil olublar. Hazırda bütün terrorçular məhv edilib, əməliyyat sona çatıb. Hücumun məsuliyyətini İŞİD terror təşkilatı öz üzərinə götürüb.

***

09.28

İslamazeri.az-ın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə əsasən, Əfqanıstanın paytaxtı Kabul şəhərində yerləşən hərbi hospitalın yaxınlığında partlayış baş verib, atışma səsləri eşidilir. Bu haqda məlumatı yerli mənbədən veriblər.

Tibb müəssisəsinin Kabuldakı ABŞ səfiriliyinin yaxınlığında yerləşdiryi qeyd edilib.

İnsidentin digər detalları haqda hələ əlavə məlumat verilməyib.
Source : Islamazeri
Comment