QR CodeQR Code

Bəhreynli məhbuslara Məhərrəmliyə görə işgəncə edilir

Deyerler , 26 Sep 2017 01:36

İslamtimes - Bəhreynin ən böyük zindanı sayılan Cou həbsxanasındakı nəzarətçilər Həzrət İmam Hüseyn (ə) və Kərbəla şəhidləri üçün yas mərasimi keçirən məhbuslara qarşı zor tətbiq edərək, əza mərasimi keçirmələrinə icazə verməyib.


Deyerler.org Lualuatv-yə istinadən xəbər verir ki, Cou həbsxanasının rəsmiləri həbsxana daxilində Kərbəla şəhidləri üçün yas mərasimi keçirilməsinin qadağan olduğunu və belə bir təşəbbüsdə olanların ağır şəkildə cəzalandırılacaqlarını bildiriblər.

Digər tərəfdən, ölkənin Əl-Məamir bölgəsində Məhərrəmlik ilə bağlı asılan qara bayraqları aşağı çəkmək istəyən təhlükəsizlik qüvvələri ilə xalq arasında qarşıdurma baş verib.

Təhlükəsizlik qüvvələri bu hücumda yırtıcı köpəkləri xalqın üzərinə buraxıblar və göz yaşardıcı qaz bombasından istifadə ediblər.

Bəhreyn xalqı və liderləri İmam Hüseyn (ə) və Kərbəla şəhidləri üçün matəm mərasimləri keçirmələri üçün onlara heç kəsin mane ola bilməyəcəyini bildirib, öz matəm tədbirlərinin heç birini təxirə salmadan davam etdirəcəklərini qeyd edib.


Story Code: 671984

News Link :
https://www.islamtimes.org/az/news/671984/bəhreynli-məhbuslara-məhərrəmliyə-görə-işgəncə-edilir

Islam Times
  https://www.islamtimes.org