QR CodeQR Code

ABŞ-da “Uca səslə de - Ya Hüseyn (ə)!” aksiyası keçirilir

Deyerler , 10 Oct 2017 00:30

İslamtimes - Aşura vətəndaş cəmiyyəti təşkilatları ABŞ-ın San Fransisko körfəzinin şərqindəki Berkli universitetində İmam Hüseyni (ə) tanıtmaq məqsədilə “Uca səslə de - Ya Hüseyn (ə)!” aksiyası təşkil ediblər.


Deyerler.org İQNA-ya istinadən xəbər verir ki, Berkli universiteti dünyanın ən yaxşı 10 universitetindən biridir. Təşkilatçılar qeyri-müsəlman tələbələrlə üz-üzə görüşmək və üzərinə “#Say Ya Hussain” yazılı su şüşələrini paylamaq üçün möhtəşəm aksiya təşkil ediblər.

Aşura vətəndaş cəmiyyəti təşkilatı bir neçə aydır Aşuranın həqiqətlərini və İmam Hüseynin (ə) mesajını dünya xalqına çatdırmaq məqsədilə fəaliyyətlərinə başlayıblar. Təşkilatçılar İmam Hüseynin (ə) şəxsiyyətini və rəhbərliyini dünyanın hər yerində olan insanlara tanıtmaq üçün “Uca səslə de - Ya Hüseyn (ə)!” aksiyasını təşkil ediblər.


Story Code: 675435

News Link :
https://www.islamtimes.org/az/news/675435/abş-da-uca-səslə-de-ya-hüseyn-ə-aksiyası-keçirilir

Islam Times
  https://www.islamtimes.org