QR CodeQR Code

HƏMAS-dan fələstinlilərə çağırış: “Məscidi Əqsa”da keşik çəkin

Maide , 10 Oct 2017 11:54

Islamtimes - Həmas işğalçı İsrail rejiminin Qüds və Əl-Xəlil şəhərlərində olan müqəddəs məkanlara qarşı atdığı addımların müqabilində fələstinliləri “Məscidi Əqsa”da keşik çəkməyə çağırıb.


Maide.Az “AA”-a istinadən xəbrə verir ki, Həmas liderlərindən Eymən Əbu Xəlil “İbrahim” məscidinin bağlanması və azanın qadağan edilməsinin açıq pozuntu olduğunu bəyan edib. “Bu addımlar İslami məkanların yəhudiləşdirilməsi və müsəlmanların bu məkanlardakı hüquqularının əllərindən alınmasıdır. “Məscidi Əqsa”ya hər gün yüzlərlə yəhudi qəsəbə sakinləri tərəfindən hücuma məruz qalması və İbrahim məscidinə günlərdi qoyulan azan qadağa qəbuledilməzdir. Odur ki, fələstinliləri bu iki məscidə gedib orada keşik çəkməyə çağırıram.”

Qeyd edək ki, Qüds İslami Vəqflər İdarəsi Mətbuat katibi Firas Dibs 343 fanatik yəhudinin İsrail polisinin müşayəti altında Əqsa Məğaribə bölgəsindən Hərəmi şərifə soxulduğunu açıqlamışdı.

O, “İbrahim” məscidinin yəhudilər tərəfindən bağlandığını da qeyd etmişdir.


Story Code: 675506

News Link :
https://www.islamtimes.org/az/news/675506/həmas-dan-fələstinlilərə-çağırış-məscidi-əqsa-da-keşik-çəkin

Islam Times
  https://www.islamtimes.org