QR CodeQR Code

Ermənistan Silahlı Qüvvələri işğal etdiyi ərazilərdə növbəti təlimlər keçirib

Apa , 23 Nov 2017 20:30

Islamtimes - Ermənistan Silahlı Qüvvələri işğal etdiyi Azərbaycan ərazilərində təlimləri davam etdirir.


APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, noyabrın 20-dən 23-dək Dağlıq Qarabağda taborların taktiki təlimləri keçirilib. Təlimlərə ümumqoşun və tank hissələri cəlb olunub.

Separatçı rejimin "müdafiə naziri" Levon Mnatsakanyan təlimlərin gedişini izləyib.

Qeyd edək ki, bir neçə gün əvvəl də işğal altında olan ərazilərdə artilleriya və ağır texnikanın iştirakı ilə irimiqyaslı təlimlər keçirilib.


Story Code: 685350

News Link :
https://www.islamtimes.org/az/news/685350/ermənistan-silahlı-qüvvələri-işğal-etdiyi-ərazilərdə-növbəti-təlimlər-keçirib

Islam Times
  https://www.islamtimes.org