QR CodeQR Code

Pakistanda etirazlar: nazir istefaya getdi

27 Nov 2017 11:28

IslamTimes - Pakistan Ədliyyə naziri Zahid Həmid istefa verib.


Axar.az xəbər verir ki, buna səbəb radikal islamçıların İslamabadda keçirdiyi etiraz aksiyaları olub. Onun öz vəzifəsindən könüllü şəkildə istefa etdiyi vurğulanıb.
 
Qeyd edək ki, Pakistanda gərginlik millət vəkilliyinə namizədlərin imzaladığı mətndə “And içirəm ki, Hz.Məhəmməd son peyğəmbərdir” ifadəsinin “İnanıram ki, Hz.Məhəmməd son peyğəmbərdir” ifadəsi ilə əvəz edilməsindən sonra yaranıb.


Story Code: 686025

News Link :
https://www.islamtimes.org/az/news/686025/pakistanda-etirazlar-nazir-istefaya-getdi

Islam Times
  https://www.islamtimes.org