QR CodeQR Code

Su içəndə İmam Hüseyni (ə) yada salmağın savabı

Deyerler , 30 Nov 2017 01:17

İslamtimes - Davud Rəqqi nəql edir: “Həzrət İmam Sadiqin (ə) xidmətində idim və Həzrət (ə) su istədi. Suyu içən zaman gördüm ki, İmamı (ə) ağlamaq tutdu. Mübarək gözlərinin ikisi də göz yaşına qərq oldu.


Sonra mənə buyurdu: “Ey Davud! Allah Hüseynin (ə) qatilinə lənət etsin. Elə bir bəndə yoxdur ki, su içsin, Hüseyni (ə) yada salsın və qatilini lənətləsin, məgər o halda Mənnan Allah onun üçün yüz min həsənə yazar, yüz min günahını məhv edər və dərəcəsini yüz min dərəcə qaldırar.

Sanki yüz min qul azad etmişdir. Allah Təala onu Qiyamət günü aram və əmin qəlblə məhşur edəcəkdir”. (Həvzəh)

Allah Təala bizləri İmam Hüseynlə (ə) məhşur etsin!


Story Code: 686662

News Link :
https://www.islamtimes.org/az/news/686662/su-içəndə-imam-hüseyni-ə-yada-salmağın-savabı

Islam Times
  https://www.islamtimes.org