Pakistan-Əfqanıstan sərhədində partlayış olub, ölənlər var
Story Code : 688100
APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, Pakistanın şimal-qərb hissəsində, Vəziristan əyalətində hərbi hissədə törədilən partlayış nəticəsində 9 nəfər ölüb. Motosikletdə olan terrorçu-kamikadze özünü partladıb.
Pakistan Ordusunun hələlik heç bir açıqlama verilməyib. Partlayışla əlaqədar heç bir terror qruplaşması məsuliyyəti üzərinə götürməyib.