0
Wednesday 13 December 2017 - 23:51

Son üç gündə Qüdsdə 16 jurnalist yaralanıb

Story Code : 689849
Son üç gündə Qüdsdə 16 jurnalist yaralanıb
Deyerler.org Palinfo-ya istinadən xəbər verir ki, komitə məsələ ilə bağlı yaydığı bəyanatında, sionist əsgərlərin etiraz aksiyalarını yatırılması görüntülərinin qeydə alınmasına mane olmaq üçün dəyənəklərlə jurnalistlərə hücum etdiyini və onlara atəş açıldığını qeyd edib: “Qüdsü müdafiə etmək üçün təşkil olunan aksiyaları və yürüşləri işıqlandıran jurnalistlərdən 16-sı işğalçı sionist qüvvələr tərəfindən yaralandı və yaralı jurnalistlərdən ikisi qadındır”.

Bəyanatda, həmçinin sionist əsgərlərin fələstinli jurnalistlərdən bəzilərinin peşə fəaliyyətlərini yerinə yetirmələrinə mane olduğu və kameralarını müsadirə etdiyi bildirilib.

Jurnalistlərin Müdafiə Komitəsi İsrail rejimi əsgərlərinin mətbuat nümayəndələrinə qarşı pozuntularının artmasından narahat olduğunu qeyd edərək, bu pozuntuların beynəlxalq hüquqa və müqavilələrə zidd olduğunu qeyd edib.
Source : Deyerler
Comment