QR CodeQR Code

Terror hücumu nəticəsində Misir ordusunun 7 hərbi qulluqçusu öldürülüb

29 Dec 2017 12:09

IslamTimes - Bu gün Sinay yarımadasının şimalında terrorçuların hücumu nəticəsində Misir ordusunun 7 hərbi qulluqçusu öldürülüb.


“Əl-Cəzirə” telekanalının yaydığı məlumata görə, hərbçilərə Bir-əl-Abd yaşayış məntəqəsində hücum edilib. Həlak olanlar arasında bir ordu zabiti də var.
 
İnsidentlə bağlı ordu nümayəndələrindən hələlik rəsmi şərh verilməyib.
 
Xatırladaq ki, noyabrın sonlarında Bir-əl-Abd yaşayış məntəqəsindəki məsciddə terror aktı törədilmiş və nəticədə 300-dən çox insan həlak olmuş, 100 nəfərdən çox insan isə yaralanmışdı.


Story Code: 693247

News Link :
https://www.islamtimes.org/az/news/693247/terror-hücumu-nəticəsində-misir-ordusunun-7-hərbi-qulluqçusu-öldürülüb

Islam Times
  https://www.islamtimes.org