QR CodeQR Code

Misirdə hərbi maşına hücum edilib

29 Dec 2017 19:58

IslamTimes - Misirin Şimali Sinay vilayətinin mərkəzi Əl-Ariş şəhərində orduya məxsus maşının hədəfə alınması nəticəsində 2 nəfər zabit olmaqla 7 hərbçi həlak olub, bir neçə əsgər isə yaralanıb.


Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, polis mənbələri silahlı bir qrupun Ariş ilə Bir Əl-Abd şəhərlərini bir-birinə bağlayan yolda təhlükəsizliyi təmin edən əsgərlərin maşınını əvvəl RPG ilə daha sonra avtomat silahlarla atəş açdığını bildirib.
 
Hücumda polkovnik Əhməd Əl-Kəfravi və polkovnik-leytenant Məhəmməd Əl-Bəşir ilə 5 əsgər həlak olub, bəzi əsgərlər də yaralanıb. Yaralı əsgərlərdən bəzilərinin vəziyyətinin ağır olduğu qeyd olunub. Deyerler.org


Story Code: 693329

News Link :
https://www.islamtimes.org/az/news/693329/misirdə-hərbi-maşına-hücum-edilib

Islam Times
  https://www.islamtimes.org