0
Monday 8 January 2018 - 23:55

Nigeriyada polis Şeyx Zəkzəkinin azadlığı üçün dinc nümayiş keçirənlərə divan tutdu

Story Code : 695819
Nigeriyada polis Şeyx Zəkzəkinin azadlığı üçün dinc nümayiş keçirənlərə divan tutdu
İslamazeri.com Eastnews.org-a istinadən verdiyi xəbərə görə, sülh mitinqi bir neçə şəhərdə keçirilib, lakin polis onlara müdaxilə edib. Polis tərəfindən açılan atəş nəticəsindən onlarla müsəlman ölüb və yaralanıb.

Nigeriya İslam Hərəkatı lideri Şeyx Zəkzəki tərəfdarlarının əsas tələbi liderlərinin etibarlı həkimlər tərəfindən müalicə edilməsidir.

Qeyd edək ki, bu gün Şeyx İbrahim Zəkzəkinin qızı açıqlamasında bildirmişdi ki, atası bu günə qədər səhhətindəki problemlərə görə həkimə aparılmayıb və onun səhhəti hər ötən gün ağırlaşır.

Şeyxin qızı hökumət qüvvələrinin bu məsələdə məsuliyyət daşıyıdıqlarını vurğulayıb.
Source : İslamazeri
Comment