QR CodeQR Code

İŞİD Əfqanıstanda hərbi akademiyaya hücum edib, beş hərbçi həlak olub

29 Jan 2018 11:46

IslamTimes - Əfqanıstanın paytaxtı Kabildə hərbi akademiyaya hücuma görə İŞİD terror qruplaşması məsuliyyəti öz üzərinə götürüb.


APA-nın məlumatına görə, bu barədə Əfqanıstanın 1TV kanalı məlumat yayıb.  Hadisə nəticəsində 5 əfqan hərbçisi həlak olub, daha 10 nəfər yaralanıb. Hücum edənlərdən 4-ü öldürülüb, biri ələ keçirilib.   
 
***
 
 
 
07.20
 
  
Əfqanıstanın paytaxtı Kabildə silahlı şəxslərdən ibarət dəstə hərbi akademiyaya hücum edib. 
 
 
 
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, hazırda  atışma davam edir, ərazidə partlayışların eşidildiyi bildirilir. 
 
 
 
Rəsmi qurumlar ali hərbi təhsil müəssisəsinə terrror hücumunun törədildiyini təsdiqləyiblər. 
 
 
 
Məlumata görə, terrorçular bu dəfə Marşal Fahim adına Milli Hərbi Universiteti hədəf seçiblər.  
 
 
 
Hazırda təhsil müəssisəsinə aparan bütün yollar bağlanılıb. 
 
 
 
Ölənl və yaralananlar barədə hələlik məlumat yoxdur.


Story Code: 700468

News Link :
https://www.islamtimes.org/az/news/700468/işid-əfqanıstanda-hərbi-akademiyaya-hücum-edib-beş-hərbçi-həlak-olub

Islam Times
  https://www.islamtimes.org