QR CodeQR Code

Dünya Demokratiya Hərəkatı Bəhreyn rejiminin dinc fəallara qarşı edam qərarını sərt tənqid etdi

Deyerler , 5 Feb 2018 23:40

Islamtimes - Bəhreynli fəallara qarşı sərt edam cəzalarının verilməsi son bir neçə gündür ki, beynəlxalq insan haqları qurumları və təşkilatları tərəfindən şiddətlə tənqid olunur.


Deyerler.org Lualuatv-yə istinadən xəbər verir ki, mərkəzi ofisi Vaşinqtonda yerləşən Dünya Demokratiya Hərəkatı Ali Xəlifə rejiminin bəhreynli fəallara qarşı bu amansız qərarlarını qınayan sərt bəyanat verib: “Bəhreyn məhkəməsi 58 bəhreynli siyasi fəala sərt cəzalar verdi. Buna əsasən,19 nəfər ömürlük həbsə, 37 nəfər 5 ilə 15 il həbs və iki nəfər də edama məhkum edilib. 19 bəhreynli fəal isə edam cəzasının həyata keçirilməsini gözləyir.

Məhbuslar üçün edam cəzası statistikaları 1923-cü ildə Bəhreyn məhkəmələrinin yaranmasından etibarən bir rekord sayıla bilər. Buna əlavə olaraq, bu günə qədər 47 bəhreynli fəal da vətəndaşlıq hüquqlarından məhrum edilmişdir.

Dünya Demokratiya Hərəkatı bu amansız qərarın verilməsindən bərk narahatdır. Öz qanuni haqları üçün dinc mitinqlər keçirən Bəhreyn vətəndaşlarına qarşı verilən bu cəzaları pisləyir və onlarla həmrəy olduğunu bəyan edir. Bəhreyn hökumətindən mümkün olan ən qısa müddətdə siyasi fəalları azad etməsini və vətəndaşlıq hüquqlarını bərpa etməsini tələb edirik”.


Story Code: 702542

News Link :
https://www.islamtimes.org/az/news/702542/dünya-demokratiya-hərəkatı-bəhreyn-rejiminin-dinc-fəallara-qarşı-edam-qərarını-sərt-tənqid-etdi

Islam Times
  https://www.islamtimes.org