0
Saturday 17 February 2018 - 16:27

Bəhreyn qiyamının 7-ci ildönümündə rejim yeni insan haqları pozuntularına imza atdı

Story Code : 705456
Bəhreyn qiyamının 7-ci ildönümündə rejim yeni insan haqları pozuntularına imza atdı
Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, Human Rights Watch təşkilatı fevralın 16-sı verdiyi bəyanatında, Bəhreyn xalqının, inqilabın ildönümü münasibətilə ölkənin ən azı 40 rayonunda mitinqlər keçirdiyini və bu mitinqlərdən ən azı 17-sində polis tərəfindən zorakılığa əl atıldığını bildirib.
Digər tərəfdən, “Voice of Bahrain” saytında gedən xəbərə görə, Bəhreyn xalqı fevralın 16-ı axşam saatlarında 14 fevral inqilabının 7-ci ildönümü xatirəsinə ölkənin hər yerində irimiqyaslı nümayişlər keçirib.
Xəbərdə, bəhreynlilərin Əl-Şahure, Əbu Saybə və digər bölgələrdə küçələrə çıxdığı bildirilib.
Bəhreyn xalqının Al Xəlifə rejiminin əleyhinə şüarlar səsləndirərək, inqilabçılara qarşı tətbiq olunan zorakılıqların dayandırılmasını tələb ediblər.
Comment