Sarkisyandan Türkiyə ilə bağlı GÖZLƏNİLMƏZ ADDIM - LƏĞV ETDİ
1 Mar 2018 18:23
IslamTimes - Ermənistan prezidenti Serj Sarkisyan martın 1-də Milli Təhlükəsizlik Şurasının iclasında Türkiyə-Ermənistan protokollarının ləğv edildiyini bildirib.
Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda prezidentin mətbuat katibi Vladimir Akopyan bildirib.
Sarkisyan ötən ilin sentyabrında BMT Baş Assambleyasının iclasında çıxışında bildirmişdi ki, Türkiyə 2009-cu ildə Sürixdə imzalanmış protokolları təsdiqləməsə, Ermənistan 2018-ci ilin yazını protokollarsız qarşılayacaq.
Story Code: 708356