QR CodeQR Code

Səudiyyə Ərəbistanı Misirdə meqaşəhər tikəcək

6 Mar 2018 09:23

IslamTimes - Səudiyyə Ərəbistanı Misir ərazisində meqaşəhər tikmək barədə qərar qəbul edib.


Trend-in məlumatına görə, belə bir bəyanatla şahzadə Məhmməd ben Salman Əl Saud çıxış edib.
 
Məlumata görə, yeni şəhər Sinay yarımadasında salınacaq. Layihə üçün 10 milyard dollar həcmində inkişaf fondunun formalaşdırılması planlaşdırılıb.
 
Qeyd edək ki, 2017-ci ilin oktyabrında şahzadə Qırmızı dəniz sahilində NEOm şəhərinin tikintisi barədə anons vermişdi. Şəhərin bir neçə adanı əhatə edəcəyi və ərazisinin 26 min kvadrat kilometr olacağı barədə qeyd edilmişdi.


Story Code: 709365

News Link :
https://www.islamtimes.org/az/news/709365/səudiyyə-ərəbistanı-misirdə-meqaşəhər-tikəcək

Islam Times
  https://www.islamtimes.org