QR CodeQR Code

Səudiyyə şahzadəsi Londonda etirazla qarşılandı

9 Mar 2018 19:27

IslamTimes - Böyük Britaniyaya səfər edən Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl-Səud Londonda yüzlərlə insanın etirazı ilə üzləşib.


FaktXəbər-in verdiyi məlumata görə, vəliəhd şahzadənin gəlişinə etiraz edən narazı kütlə Səudiyyə rejimindən Yəməndə törədilən cinayətləri dayandırmağı tələb edib.
 
Londonun mərkəzi Douninq küçəsində baş tutan nümayiş ''Stop the War Coalition'', ''War on Want'', ''Global Justice Now'' və ''Arab Organisation for Human Rights in UK" adlı təşkilatlar tərəfindən təşkil olunub.
 
Aksiyanın keçirildiyi küçədə polislərdən ibarət 3 post qurulub. Havadan isə vertolyot patrul keşiyi çəkib.
 
Məhəmməd bin Salman Əl-Səudun xüsusi təhlükəsizlik tədbirləri altında Kraliça Iı Yelizaveta ilə səhər yeməyi, şahzadə Çarlz və Uilyam ilə isə şam yeməyi nəzərdə tutulub.
 
Qeyd edək ki, 5 mindən çox vətəndaşın həyatını itirdiyi Yəməndə ölənlərin çoxu Səudiyyənin rəhbərlik etdiyi koalisiyanın hava hücumları nəticəsində qurbana çevriliblər. Qıtlıq və vəba virusu isə Səudiyyənin tətbiq etdiyi embarqonun ən acı nəticələrindən biridir.
 
Böyük Britaniya rəsmi olaraq 2015-ci ildən bu yana Səudiyyə Ərəbistanına 7 milyard dollarlıq silah satışına icazə verib.


Story Code: 710184

News Link :
https://www.islamtimes.org/az/news/710184/səudiyyə-şahzadəsi-londonda-etirazla-qarşılandı

Islam Times
  https://www.islamtimes.org