QR CodeQR Code

Əfqanıstanda Talibanın hücumu nəticəsində 17 nəfər öldürülüb

Deyerler , 11 Mar 2018 21:05

Islamtimes - "Taliban" terror qruplaşmasının silahlıları Əfqanıstanın qərbindəki Farah vilayətinin Balabuluk rayonuna hücum edib.


"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Vilayətin şura rəhbəri Fərid Bahtavar bildirib ki, silahlılar hərbçilərə qarşı ağır silahlardan istifadə ediblər. Hücum zamanı 17 nəfər həlak olub, daha 3 hərbçi itkin düşüb.

"Taliban" nümayəndələri hücum zamanı 53 nəfərin öldürüldüyünü və yaralandığını bildiriblər.


Story Code: 710786

News Link :
https://www.islamtimes.org/az/news/710786/əfqanıstanda-talibanın-hücumu-nəticəsində-17-nəfər-öldürülüb

Islam Times
  https://www.islamtimes.org