QR CodeQR Code

Kabildə partlayış törədilib, ölənlər və yaralanan var

Islamazeri , 19 Mar 2018 00:04

İslamtimes - Əfqanıstanın paytaxtı Kabildə əldəqayırma partlayıcı qurğunun yol kənarında parladılması nəticəsində azı iki dinc sakin həlak olub.


"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "The Khaama Press" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə yerli vaxtla saat 07:00-da Paqman rayonunda baş verib. Daxili İşlər Nazirliyinin rəsmi nümayədəsi Nüsrət Rahimi bildirib ki, hadisə zamanı azı 1 nəfər xəsarət alıb.

Ölkə ərazisindəki terror qruplaşmalarından hələ heç biri partlayışa görə məsuliyyəti üzərinə götürməyib. Hücumun hədəfinin kim olduğu da hələ məlum deyil.

Agentliyin məlumatına görə, hüquq-mühafizə orqanları partlayışın törədilməsinə görə "Taliban" radikal hərəkatından şübhələnirlər.


Story Code: 712477

News Link :
https://www.islamtimes.org/az/news/712477/kabildə-partlayış-törədilib-ölənlər-və-yaralanan-var

Islam Times
  https://www.islamtimes.org