0
Wednesday 21 March 2018 - 11:31

Səud vəliəhdindən gülünc iddia: İran vəhabi terror liderlərini qoruyur!

Story Code : 712914
Səud vəliəhdindən gülünc iddia: İran vəhabi terror liderlərini qoruyur!
İslamazeri.com-un "Islam Today"-ə istinadən verdiyi xəbərə əsasən, İran "Əl-Qaidə" beynəlxalq terror qruplaşmasının liderlərini, həmçinin bir zamanların 1 nömrəli terrorçusu olmuş Usama bin Ladenin öğlunu öz ərazisində gizlədir.

Bu haqda Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Muhəmməd bin Salman açıqlama verib.

Artıq İranın özü də bu iddialara reaksiya verib. Belə ki, İran XİN-in rəsmi saytındakı sənəddə deyilir ki, "Əl-Qaidə"nin yaradılmasında Səudiyyə Ərəbistanının da rolu az deyil.

"O (Muhəmməd bin Salman), bəşəriyyətin müasir tarixindəki ən qanlı faciənin - ABŞ-da 2001-ci ilin 11 sentyabrında törədilmiş terror aktlarının təşkilindəki Səudiyyə Ərəbistanının iştirakını da gizlədə bilməyəcək.", - deyə İran Xarici İşləri Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasemi bildirib.
Source : Islamazeri
Comment