QR CodeQR Code

Kabildə törədilən partlayışda 26 nəfər ölüb, 18 nəfər yaralanıb

apa , 21 Mar 2018 16:25

İslamtimes - Bu gün Kabil Universiteti yaxınlığında törədilən partlayışda 26 nəfər ölüb.


APA-nın məlumatına görə, bunu "RİA Novosti" agentliyinə açıqlamasında Əfqanıstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Nusra Rahimi bildirib.
Partlayışda 18 nəfər də yaralanıb.

Bundan əvvəl partlayış nəticəsində 3 nəfərin öldüyü, 10 nəfərin yaralandığı bildirilmişdi.
Partlayış Novruz bayramı ilə əlaqədar mərasim zamanı törədilib. "Khaama Press" agentliyi ilkin məlumata əsasən, partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi barədə məlumat yayıb.


Story Code: 712967

News Link :
https://www.islamtimes.org/az/news/712967/kabildə-törədilən-partlayışda-26-nəfər-ölüb-18-yaralanıb

Islam Times
  https://www.islamtimes.org