QR CodeQR Code

Sabah Əfqanıstandakı vəziyyətin nizamlanması üzrə Daşkənddə konfrans keçiriləcək

İslaminsesi , 26 Mar 2018 17:20

İslamtimes - Martın 27-də Özbəkistanın paytaxtında Əfqanıstan üzrə "Sülh prosesi, təhlükəsizlik sahəsində əməkdaşlıq və regional qarşılıqlı fəaliyyət" beynəlxalq konfransı keçiriləcək.


Əfqanıstanda vəziyyətin nizamlanması üzrə keçiriləcək beynəlxalq konfransda Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirləri, Rusiyanın nümayəndə heyəti, Avropa İttifaqının xarici siyasət xidmətinin başçısı Federika Mogerini, ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Tomas Şennon öz iştiraklarını təsdiq ediblər.

Toplantıya Qətərin Xarici İşlər Nazirliyinin nümayəndələri də dəvət olunub. Belə ki, Əfqanıstandakı radikal "Taliban" hərəkatının nümayəndəliyi 2013-ci ildən Qətərdə fəaliyyət göstərir. Özbəkistan XİN-dən görüşlə bağlı bildirilib ki, Qətər "Taliban"-ın iştirakı ilə baş tutacaq danışıqların təşkilində mühüm rol oynaya bilər.

Konfransın mətbuat mərkəzinin rəhbəri Şerzod Kudrathocaev bildirib ki, Taliban nümayəndləri iki gün davam edəcək toplantıya qatılmayacaqlar, belə ki onların tərəfindən iştirakla bağlı müraciət qəbul olunmayıb.


Story Code: 714024

News Link :
https://www.islamtimes.org/az/news/714024/sabah-əfqanıstandakı-vəziyyətin-nizamlanması-üzrə-daşkənddə-konfrans-keçiriləcək

Islam Times
  https://www.islamtimes.org