0
Monday 26 March 2018 - 17:27

İsrail rejiminə məxsus döyüş təyyarələri Qəzzanı bombaladı

Story Code : 714028
İsrail rejiminə məxsus döyüş təyyarələri Qəzzanı bombaladı
Deyerler.org Yaxın Şərq KİV-lərinə istinadən xəbər verir ki, əldə olunan məlumata görə, İsrail rejiminə aid döyüş təyyarələri Qəzzanın cənubunda HƏMAS-a məxsus hərbi mövqeyi bombalayıb.

Səhiyyə mənbələri də hücumlarda hər hansı bir tələfatın qeydə alınmadığını bildirib.

İsrail rejiminin ordusu ötən gün verdiyi açıqlamasında, İsrail rejiminin Qəzzanın cənubundakı tunelləri tapmaq üçün istifadə etdiyi hərbi avadanlıqlara zərər vermək üçün sərhədi keçən 4 fələstinlinin təqib olunduğu bildirmişdi. Açıqlamada İsrail rejiminin əsgərlərinin yaxınlaşmasından sonra fələstinlilərin geri çəkildiyi qeyd olunmuşdu.
Source : Deyerler
Comment