0
Wednesday 4 April 2018 - 17:20

Şeyx Zəkzakinin səhhəti pisləşib

Story Code : 715613
Şeyx Zəkzakinin səhhəti pisləşib
İslamazeri.com İran mediasına istinadən verdiyi xəbərə görə, Nigeriya Müsəlmanları Hərəkatının lideri Əllamə Şeyx İbrahim Zəkzakinin səhhəti pisləşib.

"Nigeriya Müsəlmanları Hərəkatının lideri Əllamə Şeyx İbrahim Zəkzakinin fiziki durumu olduqca ağırdır. Belə ki, hətta yol yeriyə bilmir. Nigeriya rəsmilərinə xəbərdarlıq etmişik ki, Şeyx İbrahim Zəkzaki Nigeriya müsəlmanlarının qırmızı xəttidir və ona zülm qarşısında sükut etməyəcəyik.", -deyə Nigeriyalı siyasi fəal Yusif Həmzə "tasnim" agentliyinə müsahibəsində bildirib.

Siyasi fəalın sözlərinə görə, indiyə qədər Zəkzakinin azadlığı və ya müalicəsinə görə ölkədən çıxması üçün Nigeriya dövləti, ordusu və ya təhlükəsizlik xidmətlərindən heç bir səs çıxmayıb.

Əllamə İbrahim Zəkzaki və həyat yoldaşı 2015-ci il 13 dekabrda Nigeriya hərbçilərinin Kaduna əyalətində Zariya şəhərindəki hüseyniyyəyə hücumunda saxlanılıb. Bu hücumda yüzlərlə nəfər, o cümlədən Şeyx Zəkzakinin üç oğlu şəhid olub.

Nigeriya Ali Məhkəməsi Əllamə Zəkzaki və həyat yoldaşının azadlığına qərar verib. Lakin bu ölkə ordusu və hökuməti onun xəstəliyinə rəğmən, bu qərarı icra etmək istəmir.
Source : Islamazeri
Comment