QR CodeQR Code

Bin Salman: İran Ərəbistan və İsrailin müştərək düşmənidir !

İslamtimes , 5 Apr 2018 17:58

İslamtimes - Məhəmməd bin Salman bu müsahibədə İran İslam Respublikasına qarşı əsassız iddialarını təkrar dilə gətirib.


Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman TİME nəşriyyəsinə müsahibəsində İranı Riyaz və Tel-Əvivin müştərək düşməni adlandırıb. Vəliəhd İsraillə bir çox sahələrdə həmkarlığı mümkün sayıb.

Məhəmməd bin Salman bu müsahibədə İran İslam Respublikasına qarşı əsassız iddialarını təkrar dilə gətirib. Vəliəhd Qərbi Asiyada bütün təxribatların arxasında İranın dayandığını iddia edib.

Ərəbistan vəliəhdi bildirib ki, İsraillə müştərək maraqları var və münasibətlərin normallaşması üçün Fələstin problemi həllini tapmalıdır. Həm İsrail, həm də Fələstin xalqlarının o ərazilərdə yaşamaq haqqı var – deyən vəliəhd əslində bu sözləri ilə İsrailin Fələstin torpalarını işğal etməsini pərdələyib. Bin Salman deyib ki, İsraillə Fələstin arasında razılaşma əldə edilən günün səhəri İsraillə münasibətlərimiz normal olacaq.


Story Code: 715878

News Link :
https://www.islamtimes.org/az/news/715878/bin-salman-iran-ərəbistan-və-israilin-müştərək-düşmənidir

Islam Times
  https://www.islamtimes.org