QR CodeQR Code

Ərəbistan BMT-dən Yəmən Ənsarullahı və İranın məhkum edilməsini istəyib

İslamtimes , 5 Apr 2018 19:05

İslamtimes - Ərəbistan iddia edir ki, Ənsarullahın ixtiyarındakı raketləri yəmənlilərə İran verir.


Səudiyyə Ərəbistanı BMT-yə müraciət ünvanlayaraq Yəmən Ənsarullahı və İranın məhkum edilməsini istəyib. Səudiyyə Ərəbistanı dördüncü ildir ki, Yəmənin müxtəlif məntəqələrini bombalayır.

Bir neçə gün öncə Yəmən Ənsarullah hərəkatı Əl-Hədidə limanının qərbində Səudiyyə Ərəbistanına məxsus tankeri vurub. Ərəbistan iddia edir ki, Ənsarullahın ixtiyarındakı raketləri yəmənlilərə İran verir.

Riyaz BMT Təhlükəsizlik Şurasına müraciət edərək bu məsələdən dolayı Ənsarullah və İranın mühakimə edilməsini istəyib. Bu məqsədlə BMT-yə rəsmi məktub ünvanlanıb. Ərəbistanın BMT-dəki daimi nümayəndəliyi bu məktubu təşkilatın rəhbərliyinə çatdırıb. Məktubda deyilir ki, Əl-Hüsi silahlı birləşmələri İranın dəstəyi ilə 3 apreldə beynəlxalq sularda Ərəbistanın tankerini raketlə vurub.


Story Code: 715892

News Link :
https://www.islamtimes.org/az/news/715892/ərəbistan-bmt-dən-yəmən-ənsarullahı-və-iranın-məhkum-edilməsini-istəyib

Islam Times
  https://www.islamtimes.org