0
Thursday 5 April 2018 - 23:57

Tramp ərəb padşaha: Biz olmasaq iki həftə davam gətirməzsiniz!

Story Code : 715946
Tramp ərəb padşaha: Biz olmasaq iki həftə davam gətirməzsiniz!
CNN xəbər verir ki, Amerika prezidenti Donald Tramp ərəb padşahlarından birinə deyib: “Biz olmasaq iki həftə davam gətirməzsiniz!”

ABŞ Milli Təhlükəsizlik Şurası Amerika ordusunun Suriyada perspektivlərini müzakirə edib. Tramp ABŞ ordusunun Qərbi Asiyada yerləşməsinə Ərəbistan və Birləşmiş Ərəb Əmirliyi tərəfindən maliyyə dəstəyi olmamasından dəfələrlə gileylənib.

ABŞ prezidenti ölkəsinin İŞİD ilə mübarizəsinə göstərilən maliyyə dəstəyinin qeyri-kafi olduğunu vurğulayıb. Tramp deyib: Əgər Amerika regionu tərk etsə, regionun varlı padşahları da şəxsi təyyarələr, dəbdəbəli həyatla vidalaşmalı olacaq. Biz olmasaq iki həftə davam gətirməzsiniz. O zaman adi sərnişin təyyarələrində uçmalı olacaqsınız...

Tramp Ərəbistan vəliəhdi Məhəmməd bin Salmanla görüşdə bu ölkə ilə silah alverinin az olmasına işarə ilə “bu sizin üçün pul deyil ki” deyib!!
Source : Islamtimes
Comment